
Azərbaycanda insanlar gündəlik həyatda ən çox rastlaşdığı reklam haqında çox az düşünür. Azərbaycanlılar reklama həddən artıq laqeyddirlər. Telekanalları izləyərkən reklam fasiləsi zamanı nümayiş olunan münasibət bunun əyani sübutudur.
İnkişaf etmiş ölkələrdə isə reklam insanın bilavasitə maraq dairəsindədir, çünki həm informasiya mənbəyi, həm də seçimini asanlaşdıran unikal vasitədir.
Bu gün təqdim etdiyimiz araşdırma Azərbaycanda reklamın qiyməti və keyfiyyəti barədədir.
Telekanallarda 1 dəqiqəlik reklamın qiyməti neçəyədir?
«Mix.az» saytının məlumatına görə, ölkə telekanallarında 1 saniyə üçün reklamın qiyməti verilişin vaxtından və profilindən asılı olaraq 1,10 - 22,50 AZN arasında dəyişir. Bu rəqəm informasiya və ictimai-siyasi proqramlarda 3,25 - 22,50 AZN, mədəniyyət və musiqi proqramlarında 4,30 - 8,70 AZN, kino və seriallarda 3,25 - 10,90 AZN, gənclik və idman proqramlarında 2,15 - 6,55 AZN, uduşlu oyunlarda 11,10 AZN olur. “Space” Müstəqil Teleradio Şirkətində isə 1 dəqiqə üçün reklamın qiyməti verilişin yerindən və profilindən asılı olaraq 300-1500 AZN arasındadır. Telekanalda 1 dəqiqəlik reklamın qiyməti informasiya və analitik proqramlarda 300-540 AZN, seriallarda 420-1500 AZN, bədii filmlərdə 300-600 AZN, qadın proqramlarında 360-540 AZN, əyləncəli proqramlarda 360-1110 AZN-dir.
Ən bahalı reklamlar türk serialları zamanı verilir
«Mix.az»ın Azad Azərbaycan” Televiziya və Radio Şirkətinin reklam şöbəsindən əldə etdiyi məlumata görə, yerli və vaxtı nəzərə alınmaqla reklamın 1 dəqiqəsi 420 - 1800 AZN arasındadır. Telekanalda “Son xəbər” informasiya buraxılışında reklamın 1 dəqiqəsinin qiyməti 480 -1380 AZN, seriallarda 660 - 1800, bədii filmlərdə 990 - 1180 AZN, musiqili və əyləncəli proqramlarda 420 - 1180 AZN arasında dəyişir. ATV-də ən bahalı reklamlar (1 dəq/1800 AZN) “Yarpaq tökümü”, “Min bir gecə”, “Acı həyat”, “Kurtlar Vadisi - Pusu” kimi türk seriallarında yerləşdirilir.
Metroda reklam çox ucuzdur
Metroda isə reklamlar telekanallara nisbətən ucuz başa gəlir.
“Kommet” Reklam Agentliyinin metro reklam bürosunun məlumatında deyilir ki, onların reklam almaqla bağlı heç bir problemləri yoxdur, çünki metroda reklamlar bolluğu ilə seçilir. Bu gün metroda reklam yerləşdirməyə tələbat çoxdur, ona görə ki, ucuz başa gəlir. Reklam lövhələrinin stansiyalarda 1 ədədinin icarə qiyməti 1 ay üçün 64 manatdır. Metroda reklam yerləşdirmək istəyən şirkətlər reklamlarını həm özləri, həm də “Kommet”də hazırlada bilərlər. Vaqonların içində reklamların yerindən asılı olaraq qiymətlər 2 AZN-dən 10 AZN-dək, stansiyalarda isə lövhəşəkilli reklamın 1 kv.metri 7 gün ərzində 30 AZN, eskalatorun üstündə qoyulan reklamın 1 kv.metri isə 7 gün ərzində 35 AZN-dir.
Səsli reklamlar gəlir
Metroda təzə formata uyğun gələn səsli reklamlar da yerləşdirilmək üzrədir. Bu işlə məşğul olan “Banner” şirkəti səsli reklamları ilk olaraq metronun “Elmlər Akademiyası” və “Nizami” stansiyalarında tətbiq edəcək. Reklamlar eskalatordan düşən yerdə və platformada səsləndiriləcək. Bir reklam lenti minimum 1 ay müddətinə hər gün 5 dəfə yayıla bilər. Belə ki, iş günləri bir dəfə səsləndirmə üçün qiymət 50 qəpik, istirahət və bayram günləri, ças-pik vaxtı isə 50-70 qəpikdir.
Avtobus və küçə reklamları neçəyə başa gəlir?
Avtobuslardakı reklamlar bir az fərqli formatda olur. Buradakı yerləşdirmə sırf istək xarakteri daşıyır. Marşrutlarda reklam yerləşdirməklə məşğul olan IMP (İşık Medya Planlama) reklam şirkətində Bakıda nəqliyyatın hərəkət istiqamətindən asılı olaraq reklamın qiyməti 290-330 AZN, Gəncə şəhərdaxili avtobuslarında isə 290 AZN-dir.
Şəhərimizə gəlincə təxminən 150-dən artıq bilbord tipli, hərəkətsiz reklam lövhələrimiz var. Bundan başqa, prizma tipli reklam lövhələrimiz də var ki, hər iki üzündə reklam yerləşdirmək olar. Reklamın minimal müddəti 1 aydır və qiymətlər yerindən asılı olaraq bilbordlarda 400 manat, plazmalarda isə 360 manatdan başlayır. Onu da öyrəndik ki, Bakıda ən bahalı reklam lövhəsi Fəvvarələr meydanındadır. Burada əsasən “Coca-cola”, “Samsung” kimi şirkətlər reklamlarını yerləşdirirlər.
Zeynal Məmmədli: «Reklam sahəsində yetərincə ixtisaslı kadrlar yoxdur»
Azərbaycanda reklam bazarının vəziyyəti necədir? Tanınmış telemütəxəssis Zeynal Məmmədli bildirib ki, reklam bazarı zəif inkişaf edib. O, səbəb kimi yetərincə ixtisaslı kadr qrupunun olmamasını göstərir: «Kanallarımızda olan verilişlərlə müqayisədə reklam kampaniyaları daha fəal görsənir. Lakin reklamlarımızın böyük hissəsi xarici kanallardan götürülür. Bununla yanaşı əvvəlki dövrlərlə müqayisədə uğur əldə etmək də asan deyil. Müxtəlif şirkətlər bahalı reklamları kanallara təqdim etsə də, effekt yaxşı alınmır. Bu gün kanallara baha qiymətə satılan anonslar arasında yararsızı da az deyil».
Azərbaycanın reklam bazarının dünya səviyyəsinə çatmadığını deyən Z.Məmmədli geriliyin səbəbini belə izah etdi. «İctimai maraq, ümumi tələbatın ödənməsi üçün yüksək səviyyəli çarxlar çəkilməlidir. Bu sahədə olan qıtlıq teleməkanın inkişafına mane olur. Dövlət orqanları da reklam şəklində bəyanat yaymağı bacarmırlar. Sırf ölkədə istehsal olunan malların reklamına gəldikdə isə, sanki şirkət öz malına inanmır və nəticədə keyfiyyətsizlik yaranır».
Mix.az
Bizim yol
Qaynar.info



















8 şərh:
Maraqqlı və çox lazımlı xəbərdir. Blogunda yerləşdirdiyin üçün çox sağ ol.
Cox sagol, maraqli melumata gore. Ele mene de lazim idi. :) Metro barede az-cox melumatlandim. ;)disher
Dəyməz.
Şərhləriniz üçün sağolun.
Metroda reklamın bu dərəcədə ucuz olması sürpriz oldu mənimçün. Hərgah ümumi götürəndə TV reklamı belə çox da baha deyilmiş.
Makla, əlinə sağlıq əla araşdırma eləmisən.
Hal hazirda marketing uzre tehsil aliram cooooooooooooox maraqli sahedi. ancaq bu ele sahediki sadece oxumaq her seyi hell etmir yaxsi marketologun gerek yaxsi fantaziyasida olsun.... Bizim reklamlara gelince cox keyfiyyetsiz cekilirler sunilik var. insana baxanda zovq vermirse demeli o ishe pul tokmek mentiqsizdir. Insan reklama baxdiqdan sonra dushunmelidi dushunmurse demeli hec bir tesiri olmadi....
Bir neçə il əvvəl metro stansiyalarda plazma televizorlar asmışdılar və teleşəbəkə qurmuşdular. İndi həmin şəbəkə vasitəsilə da reklam vermək olardı. Lakin televizorların hamısı yoxa çıxıb...
Melumatlara gore tewekkur...
Metroda qiymetlerin serfeli olmasina baxmayaraq nedense metroda reklam ucun ayrilmiw yerlerin hamisi istifade edilmemekdedir... Maraqlidir, niye...?
Post a Comment